Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 22:26

Pakistan İsrailin nüvə hücumu barədə yalan məlumatı ciddi qarşılayıb


Khawaja Asif

Pakistanın müdafiə naziri Khawaja Asif İsraili “cavab nüvə zərbəsi” ilə hədələyib.

Buna səbəb yalan xəbərlər yayan “AWD News” portalının növbəti məlumat olub.

Portal dekabrın 20-də İsrailin keçmiş müdafiə naziri Moshe Yalonun adından belə bir məlumat yayıb: "Əgər Pakistan Suriyaya quru qoşunları göndərsə biz onu nüvə hücumu ilə məhv edəcəyik".

Pakistanın müdafiə naziri Asif isə dekabrın 23-də Tvitter hesabında buna cavab olaraq yazıb ki, İsrail Pakistanın da nüvə dövləti olduğunu unutmamalıdır.

İsrailin müdafiə nazirliyi bundan bir gün sonra portalın yaydığı həmin məlumatın tam yalan olduğunu və keçmiş nazirin heç vaxt belə şey demədiyini bildirib.

XS
SM
MD
LG