Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:28

Nikolay Lukashenko: “Prezident olmaq istəməzdim”


Alyaksandr Lukashenka və kiçik oğlu Nikolay
Alyaksandr Lukashenka və kiçik oğlu Nikolay

“Prezident olmaq istəməzdim”.

Yerli mətbuatın yazdığına görə, bunu Belarus prezidentinin kiçik oğlu Nikolay Lukashenko 11 yaşlı rusiyalı jurnalist Yevgeni Grishinə müsahibəsində deyib.

“Bunu məndən çoxları soruşur. Doğrusu prezident olmaq istəməzdim, çox ağır həyat olacaq və buna hazır olduğuma əmin deyiləm”,deyə o bildirib.

12 yaşlı Nikolayın sözlərinə görə o hələ ki, gələcək peşəsini seçməyib, amma həkim və ya hərbçi olmağı fikirləşir.

Prezident Aleksandr Lukashenko da bundan əvvəl dəfələrlə özünə varis hazırlamadığını və oğullarından heç birinə prezident həyatı arzulamadığını bildirmişdi.

Aleksandr Lukaşenko internet və ya sosial şəbəkələrdən aslı insan olmadığını, həmçinin oğlu Nikolayın həfdədə 1 saatdan artıq kompyuter arxasında oturmadığını deyir.

11 yaşlı jurnalist Yevgeni Grishin Nikolay Lukashenko ilə birlikdə Belarus prezidentinin şəxsi təsərrüfatı ilə tanış olub, at sürüb, süd sağımına baxıb və Nikolayın fortepianoda ifasını dinləyib.

O, həmçinin Nikolayın hokkey məşqinə baxıb.

Məşqdə prezident Aleksandr Lukaşenko da iştirak edib və Nikolaya bir neçə göstəriş verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG