Bakıda qanunsuz valyuta mübadiləsi aparan daha bir nəfərin saxlandığı bildirilir.
Xəbəri Daxili İşlər Nazirliyi yayıb.
Xəbərə görə, Bakıda sakinlərdən biri 200 ABŞ dollarını qanunsuz satdığından saxlanıb. O, 148 manat cərimə edilib.
Ölkənin əksər bankları dollar satışını dayandırdıqdan sonra Bakıda «qara bazar»lar meydana gəlib. Ancaq son günlər bir neçə şəxs qanunsuz valyuta mübadiləsi adı ilə həbs edilib.