Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:33

Orhan Pamuk: 'Haqsız mühakimə ilə üzləşən bütün yazarların yanındayam'


Orhan Pamuk
Orhan Pamuk

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, türk yazıçı Orhan Pamuk oktyabr ayında Türkiyənin "Cumhuriyet" qəzetinə polis basqını zamanı həbs olunmuş, "Cumhuriyet" qəzetinin kitab əlavəsinin redaktoru Turhan Günay-a dəstək məktubu yazıb. Yazıçı son aylarda Türkiyədə həbs olunan jurnalist və yazıçılara da dəstəyini ifadə edib.

Buna da bax: Məhkəmə 'Cumhuriyet'çilər barədə həbs qərarı verdi

Orhan Pamuk məktubunda keçmişdən bəri dostluq etdiyi Turhan Günayı xatırlayır: Turhanla çox xatirəm var. Hamısı da kitablarla bağlıdır. Gah kitab əlavəsi üçün yazı sifariş edər, gah yeni kitabın tanıdılması üçün rica edər, gah da ədəbiyyat mükafatları mərasimlərində qarşılaşardıq. Bu cür rastlaşmalar, qarşılaşmalar, reportajlar, yazılar... İşlərini tez-tez etməyə çalışar, mətinlərin üzərində keçər, İstanbulun izdihamı içində salamlaşırb, sonra ayrılır, sanki axıb gedən zamanın içində bu nəzakətli insanla bir-birimizi tapıb itirərdik... Bir müddət sonra yeni bir məkanda, yeni bir səbəblə qarşılaşana qədər. Müsahibələrimiz, söhbətlərimizin ortasında ona həyəcanla yeni kitabımdan danışarkən, bəzən Turhanın necə belə mütəmadi sakit, rahat və soyuqqanlı ola bildiyini düşünürdüm. Bəlkə də Turhan bütün həyatını kitablar arasında, yeni kitabları tanıdaraq keçirdiyi üçün belə idi.

Daha sonra yazıçı Türkiyədə həbsdə olan "Cumhuriyet" qəzetinin işçiləri haqda yazır: İstəyirəm "Cumhuriyet" qəzetinin hal-hazırda həbsdə olan, haqsız mühakimə ilə üzləşən bütün yazarlarının yanında olduğumu bildirim.

Buna da bax: Orhan Pamuk: Hələ də inanıram ki, İslamla demokratiya yoldaş ola bilər

Əziz dostlar, dik durduğunuzu, ləyaqətinizi qoruduğunuzu yaxşı bilirəm və sizlərə çox ehtiram duyuram.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG