Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Oktyabr, Cümə, Bakı vaxtı 16:41

Azərbaycanda Bahadur Oyunları keçiriləcək


Bahadur Oyunları

Sumqayıtda Alpaqut Döyüş Sənəti üzrə Beynəlxalq Bahadur Oyunları keçiriləcək.

AYB-nin yaydığı xəbərə görə, Bahadur Oyunları Dünya Alpaqut Federasiyası və Azərbaycan Alpaqut Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək oyunlar Xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunacaq.

Azərbaycan Alpaqut Federasiyanın prezidenti Aqil Acalov «Turan Savaşçıları» adlanan layihədə türkdilli dövlətlərdən gələn oyunçuların döyüşəcəklərini bildirib.

Yarışlar dekabrın 24 və 25-də Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək.

Alpaqut –Turan Döyüş Sənəti (Alp-uca, döyüşçü, qut-müqəddəs deməkdir) bu coğrafiyada yaşayan, ortaq milli döyüş ənənələrini özündə toplayan qədim döyüş növüdür.

XS
SM
MD
LG