Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 07:26

Son qiyamçı Hələbi tərk etdi


Hökumət qüvvələri Hələbdə.

Hələbdəki qiyamçıların hamısı çıxıb, şəhər hökumətin əlindədir.

Suriya ordusu Hələbdəki qiyamçıların hamısının köçürüldüyünü, şəhərin tamamilə hökumətin ixtiyarına keçdiyini elan edib. Suriya dövlət televiziyası sonuncu qiyamçıların və onların ailələrinin şəhəri dekabrın 22-də tərk etdiyini deyib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (ICRC) verdiyi məlumata görə, keçən həftədən bəri Hələbdən 30 min adam çıxarılıb.

Hələb alınandan, qiyamçılar dəf ediləndən sonra onların və ailələrinin şəhərdən köçürülməsi haqda razılaşma əldə olunmuşdu. Beynəlxalq insan haqları təşkilatları, Qərb ölkələri, BMT ordu əməliyyatlarının dinc sakinlər arasında kütləvi qırğına səbəb olduğunu deyirdilər.

Qədim Hələb 2012-ci ildən iki hissəyə ayrılıb, şəhərin qərbinə ordu, şərqinə qiyamçılar nəzarət edirdi.

XS
SM
MD
LG