Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 10:18

Prezident türkiyəli nazirlə görüşüb


Nihat Zeybekci

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 21-də Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci-nin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev bu görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyat nazirlərinin Bakıda keçirilən görüşünün önəmini qeyd edib. Türkdilli ölkələrin iqtisadi əlaqələrinin güclənməsinin vacibliyindən danışıb.

Nazir Nihat Zeybekci isə Azərbaycan ilə Türkiyəni ən yaxın qardaş ölkələr adlandırıb.

Nihat Zeybekci dekabrın 20-də Azərbaycana gəlib. Dekabrın 21-i Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin 6-cı görüşü keçirilib.

XS
SM
MD
LG