Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 11:45

XİN-in Berlindəki faciə ilə bağlı bəyanatı


XİN

Azərbaycanın Xarici İşlər Nazirliyi ( XİN) dekabrın 20-si Berlin şəhərində törədilmiş faciəvi hadisə ilə əlaqədar açıqlama yayıb.

Açıqlamada deyilir: «Biz, Almaniyanın Berlin şəhərində törədilən, insanların ölümü və yaralanmasına səbəb olan faciəvi hadisədən dərindən kədərləndik. Bu hadisə nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, Almaniya hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk».

Bəyanatda qeyd edilir ki, Azərbaycanın Almaniyadakı səfirliyi hadisə nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır.

Dekabrın 19-u gecə Berlində bir yük maşınını Milad yarmarkasına sürüblər. 12 nəfər həlak olub, onlarla şəxs yaralanıb.

Multimedia

XS
SM
MD
LG