Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 04:07

Şaxtalı hava davam edir


Şaxta

Dekabrın 21-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada 1 dərəcə şaxtadan 7 dərəcəyə kimi isti, Bakıda 0-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da gündüz yağıntı olmayacağı bildirilir. Lakin axşam bəzi şərq rayonlarında qar gözlənilir. Gecə 1-6 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təxmin edilir.

XS
SM
MD
LG