Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 15:44

ABŞ Berlindəki terror aktını pisləyib


Berlində yük maşını Milad yarmarkasına çırpılıb – 9 ölü
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

Berlində yük maşını Milad yarmarkasına çırpılıb – 9 ölü

Ağ ev Berlindəki hadisəni «terror aktı» adlandıraraq pisləyib.

Keçən gecə Berlində bir yük maşınını Milad yarmarkasına sürüblər, 12 nəfər həlak olub, onlarla yaralı var. Alman polisi qəzanı terrorçuların təşkil etdiyini güman edir. Yayda Fransada da oxşar terror hücumu olmuş, hadisəyə görə məsuliyyəti «İslam Dövləti» qruplaşması üzərinə götürmüşdü.

Polşanın TVN24 kanalının yaydığı məlumata görə, camaatın üstünə sürülən maşının Polşanın yükdaşıyan şirkətlərindən birinə məxsus olduğu aşkarlanıb. Şirkətin sahibi Ariel Zurawski mətbuata avtomobilin sürücüsünün onun yaxın qohumu olduğunu, Berlinə polad daşıdığını deyib. Ancaq sürücü dekabrın 19-u günorta saatlarından telefon zənglərinə cavab verməyib və ondan kimsənin xəbəri yoxdur.

Alman polisi yük maşınının oğurlandığını ehtimal edir. Almaniyanın yerli xəbər agentliklərinin yazdığına görə, hadisə zamanı yük maşınını Pakistan, ya da Əfqanıstandan gəldiyi güman olunan sürücü idarə edirmiş. Həmin adam həbs olunub, onun yanındakı şəxs isə aldığı xəsarətdən ölüb.

Ötən ay ABŞ rəsmiləri bayram günlərində Avropa şəhərlərinə terror hücumlarıyla bağlı xəbərdarlıq etmişdilər. Rəsmilər avropalıları izdihamlı yerlərdə ehtiyatlı olmağa çağırmış, xəbərdarlığa ciddi əsasları olduqlarını söyləmişdilər.

XS
SM
MD
LG