Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:25

Azərbaycanda vergi amnistiyası elan oluna bilər


"Pul kəsən bıçaq". Şerif. Karikatura.

Azərbaycanda vergi amnistiyası elan oluna bilər. APA-nın xəbərinə görə, ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub.

Layihə sabah, dekabrın 20-si Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunmalıdır.

Buna da bax:​ Məmurlara sərf etməyən amnistiya

Sənədə əsasən, vergi amnistiyası 2017-ci ilin yanvarın 1-dək vergi borcu olan hüquqi və fiziki şəxslərə şamil olunacaq.

Qeyd edilən dövrədək vergi borcu olan şəxslər 2017-ci ilin yanvar ayında borcunun 30, fevral ayında 50, mart ayında isə 70 faizini ödəyərsə, borcun qalıq hissəsi bağışlanacaq.

Buna da bax: Pinəçi: 'Yəqin, yuxarıdakılar işimizin çoxaldığını eşidiblər'

Layihənin beynəlxalq təcrübəyə əsaslanaraq hazırlandığı bildirilir.

Şərhlər (1)

Bu forum dayandırılıb

Multimedia

XS
SM
MD
LG