Keçid linkləri

Təcili xəbərlər
2021, 21 İyun, Bazar ertəsi, Bakı vaxtı 06:23

Təhsillə bağlı təhlillər pullu olacaq


Məleykə Abbaszadə

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının apardığı elmi statistik təhlillər gələn ildən pullu olacaq.

Bu haqda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib.

M.Abbaszadə dekabrın 19-u Nazirlər Kabinetinin təsdiqlədiyi «Ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsinin aparılması qaydaları» ilə bağlı konfransda çıxış edib.

Sözügedən konfrans Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytı üzərindən canlı yayımlanıb.

M.Abbaszadə indiyədək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təhlillərinin ödənişsiz təqdim olunduğunu xatırladıb. «2016-cı ilin əvvəlində monitorinq imtahanlarının nəticələrinin elmi-statistik təhlili jurnal şəklində hazırlanaraq ictimaiyyətə açıqlanıb. Bu jurnalı elektron formada da saytdan yükləmək mümkün olub. 1 il ərzində yükləmələrin sayı 3400-ə yaxın olub. Yükləmələr daha çox xaricdən olurdu. Son 2 ayda isə rayonlarda müəllimlər üçün keçirilən görüşlərin nəticəsi olaraq, əlavə 500 yükləmə olub. Bunları da sırf region müəllimləri ediblər», - deyən M.Abbaszadə yanvarın 1-dən yükləmələrə görə azı 1 manat ödənilməli olacağını qeyd edib.

O, müəllimlərə xitabən deyib ki, «hazırda pulsuz olduğundan məsləhət görərdim ki, onları indidən yükləyəsiniz».

XS
SM
MD
LG