Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 13:51

Münaqişə zonalarında ölən jurnalistlərin sayı artıb


Müharibə reportyoru James Foley İraqda

İşinə görə qətlə yetirilən jurnalistlərin sayı bu il öncəki illərlə müqayisədə az olub. Amma müharibə zonalarında işləyərkən həlak olan mətbuat işçilərinin sayı artıb, 2013-cü ildən bu yana ən yüksək həddə çatıb. Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) yeni hesabatında belə deyilir.

Qurum bildirir ki, 2016-cı ildə peşəsinə görə azı 48 jurnalist ölüb, keçən il bu rəqəm 72 idi. Daha 27 jurnalistin ölümünün işiylə bağlı olub-olmadığı araşdırılır.

RƏQƏM NİYƏ AZALIB?

CPJ-nin icraçı direktoru Joel Simon deyib ki, rəqəmlər cəzasızlıqla mübarizənin vacibliyini təsdiqləyir: «Müharibə zonalarından xəbər verən jurnalistlərin ölüm hallarının artması isə müasir münaqişələrin qəddarlığını göstərir».

Hesabat müəlliflərinin fikrincə, jurnalistlərin qətli hallarını göstərən rəqəmlərin azlığı onları heç də həvəsləndirmir, çünki bu, jurnalistlərin Suriya, İraq, Liviya, Yəmən, Əfqanıstan və Burundi kimi təhlükəli ölkələri tərk etməsinin nəticəsidir. Jurnalistlərin azlığı isə həmin ölkələrdə cəzasızlığın hökm sürdüyü yerlərdən xəbər almaq imkanını məhdudlaşdırıb.

Bundan başqa, mətbuat azadlığına qarşı terror – mətbu orqanların bağlanması və əvvəlki qətllər ən cəsur jurnalistlərin də özünüsenzurası, susması, beləliklə, sui-qəsdlərin azalmasıyla sonuclanıb.

«Müharibə reportyorları» filmindən kadr.
«Müharibə reportyorları» filmindən kadr.

Hesabatda Suriyanın 2016-cı ildə həm də jurnalistlərdən ötrü ən təhlükəli ölkəyə çevrildiyi, bu il bu ölkədə 15 jurnalistin həlak olduğu deyilir. Suriya 5-ci ildir ki, reportyorlardan ötrü ən təhlükəli ölkə hesab olunur. Son 5 ildə Suriyada iş başında ölən müxbirlərin sayı 107-yə çatıb.

FOTOQRAFLAR VƏ OPERATORLAR

2016-cı ildə öldürülən jurnalistlərin yarıdan çoxu «İslam Dövləti» (İŞİD) və digər terrorçu qrupların hücumları nəticəsində həlak olublar. Öldürülənlərdən çoxu fotoqraflar, operatorlar idi.

Müharibə etməyən ölkələrdən jurnalistlər üçün ən təhlükəlisi Meksika olub, 2016-cı ildə Meksikada 9 jurnalisti qətlə yetiriblər. Meksikadan sonrakı yeri Türkiyə tutur, orada bu il 2 jurnalist öldürülüb.

2016-cı ildə həlak olan cəmi reportyorların 3/4-nün bilərəkdən öldürüldüyü bəlli olub.

Azərbaycanda mətbuat azadlığının durumunu tənqid edən bəyanat və hesabatlar yaydığına görə hökumət CPJ-nin fəaliyyətini pisləyir. Bu il Rusiya, Çin, Sudan, Kuba və Nikaraqua kimi avtoritar ölkələrlə yanaşı, Azərbaycan da CPJ-yə BMT akkreditasiyasının verilməsinə qarşı çıxmışdı.

XS
SM
MD
LG