Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 08:42

Köçkünlərin yaşadığı 'Çiçək-Pioner'də yanğın


Foto illüstrasiya

Dekabrın 18-i saat 19:00 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində, məcburi köçkünlərin məskunlaşdığı «Çiçək-Pioner» düşərgəsinin yaşayış binasında elektrik naqillərinin qısaqapanmasından yanğın baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, orada Xocalı rayonunda 5, Ağdam və Laçın rayonunun da hər birindən iki ailə məskunlaşıb.

Nəticədə 200 kv/m sahə yanıb, iki nəfər Xocalı rayon sakini - İlkin Zamanlı və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşı Asif Rufullayev xəsarət alıb. Onlar xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Ağdam rayonundan olan 7 nəfərdən ibarət bir ailə qəsəbə ərazisindəki 14 saylı poliklinikaya yerləşdirilib, digərləri qohumlarının evlərinə gediblər.

Bir müddət öncə də qısaqapanma üzündən Bakıda məcburi köçkünlərin məskunlaşdığı yarımçıq tiklidə yanğın olmuşdu. Binanın zirzəmisində yaşayan bir ailə - ər, arvad və 2 uşaqları yanıb kül olmuşdular.

Multimedia

XS
SM
MD
LG