Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 10:01

Xəzərdəki qəzaya görə, cinayət işi açıldı


Qəza yeri.

“Azneft” İstehsalat Birliyinin neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar cinayət işi açılıb.

Bu barədə Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, hadisənin texniki səbəblərinin müəyyən edilməsindən ötrü xüsusi biliklərə malik mütəxəssislər cəlb olunmaqla texniki təhlükəsizlik və digər ekspertizaların keçirilməsi zərurəti yaranıb.

Buna da bax:​ Prezidentin Xəzərdəki qəza ilə bağlı sərəncamı

“Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın aparılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb. Hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb” - deyə məlumatda bildirilir.

Buna da bax: 'Budka' dənizin dibindən tapıldı, amma boşdur...

Xatırlatma

Dekabrın 15-i səhər saat 5 radələrində «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə düşməsi nəticəsində 10 neftçi itkin düşüb. Onlardan yalnız birinin, İlham Qafarovun cəsədi tapılıb. Qalan neftçilərin axtarışı davam edir.

Bu, son illər Xəzərdə Azərbaycan neftçilərinin üzləşdiyi heç də yeganə faciəli hadisə deyil.

Buna da bax: SOCAR-da nə baş verir? Köhnələr tapılmamış, təzə neftçilər itkin düşdü... [video]

2014-cü ildə də «Azneft» İstehsalat Birliyinin strukturuna daxil olan bu idarədə 3 dəfə qəza baş verdiyi, nəticədə 5 nəfərin həlak olduğu bildirilir.

2015-ci il dekabrın 4-də «Günəşli» yatağında baş verən yanğında isə itkin düşənlərdən bəzilərinin cəsədləri, hələ də, tapılmayıb. Həmin yanğın zamanı 64 nəfərdən 34-ü xilas edilmişdi. Onda itkin sayılan 30 neftçidən 15-dən çoxunun meyiti doğmalarına verilməyib.

XS
SM
MD
LG