Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 22:04

Roqozin: 'Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşıdır'


Dmitry Rogozin

“Azərbaycan ilə Rusiya arasında çox yaxın münasibətlər var. Azərbaycan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətləri lazımınca qiymətləndirir. Regionda həm qarşılıqlı iqtisadi münasibətlər, həm də təhlükəsizliyin təmin edilməsi məsələlərində Rusiyanın rolu yüksəkdir”.

Dekabrın 16-sı Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Bakıda keçirilən 16-cı iclasında baş nazirin birinci müavini Yaqub Eyyubov belə deyib.

Buna da bax:​ Əli Həsənov: «Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir»

AZƏRTAC xəbər verir ki, Y.Eyyubov ölkələr arasında əmtəə dövriyyəsinin artırılmasından ötrü böyük imkanların olduğunu bildirib.

O, nümunə kimi maşınqayırma, gəmiqayırma, təyyarəqayırma, energetika, təbabət və humanitar sahələri göstərib.

Y. Eyyubovun sözlərinə görə, Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard, Rusiya isə Azərbaycan iqtisadiyyatına 3 milyard dollar sərmayə qoyub.

Buna da bax: Rusiyadan 10 təyyarə alınacağı deyilir

Hökumətlərarası komissiyanın rusiyalı həmsədri Dmitri Roqozin də ölkəsinin Azərbaycan ilə strateji tərəfdaşlığını yüksək qiymətləndirib.

O, xatırladıb ki, Rusiya Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biri kimi qalır.

“Bu, Türkiyə və İtaliyadan sonra üçüncü yeri tutur. Azərbaycandan Rusiyaya göndərilən meyvə və tərəvəz bundan sonra da fasiləsiz çatdırılacaq. Rusiya Azərbaycan məhsullarının keyfiyyətini həmişə layiqincə qiymətləndirir”.

Buna da bax:​ Rusiyaya qarşı sanksiyalar uzadılır

Rusiya baş nazirinin müavini Dmitri Roqozin dekabrın 15-i Azərbaycana gəlib.

O, Rusiyanın xaricə silah satışında məsul şəxs kimi tanınır.

XS
SM
MD
LG