Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:04

'Azərbaycanın tarixi silahları' kitabı təqdim olunub


Kitab

M.F.Axundzadə adına Milli Kitabxanada «Историческое оружие Азербайджана» («Azərbaycanın tarixi silahları») kitab-albomunun təqdimatı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, kitabda son 500 ildə Azərbaycan ərazisində istifadə olunan silahlar tədqiq edilib, silahların fotosu, istifadə qaydaları haqqında məlumat yer alıb.

Kitabın müəllifləri-Nəcməddin Sadıkov, Azad Məmmədov, Fuad Cavadov, Adil Minbaşıdır.

Müəlliflər kitabın rus dilində işıq üzü görməsini silahların daha geniş miqyasda tanıdılmasıyla bağlayıblar.

Təqdimat mərasimində nəşrin müxtəlif xarici dillərə tərcümə edilməsinin vacibliyi vurğulanıb.

Kitab yaxın vaxtlarda Azərbaycan dilinə də tərcümə olunacaq.

Kitabın rəyçiləri Rafael Hüseynov, Nizami Cəfərov, Cabir Əhməd, Tufan Axundov və Xaləddin Xəlilidir.

XS
SM
MD
LG