Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:59

İstiqlal muzeyində '21 Azər' anıldı


İstiqlal muzeyində “21 Azər” anıldı
İstiqlal muzeyində “21 Azər” anıldı

İstiqlal Muzeyində “21 Azər” hərəkatının süqutundan sonra Azərbaycana mühacir etmiş şair və yazıçıların şəxsi əşyalarından toplanmış sərgi açılıb.

Muzeydən AzadlıqRadiosu-na verilən xəbərə görə, sərgidə 21 Azər hərəkatının fəalları olan Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Hökumə Billuri və s. şair və yazıçıların, eləcə də, Dünya Azərbaycanlıları Yazarlar Qurumunun təsisçisi və rəhbəri, Azərbaycan Yazıçılar Birliyində Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz tərəfindən muzeyə təqdim olunan yeni sənədlər və fotolar nümayiş olunur.

Buna da bax:​ 'Türklərin İranı' nəşr olunub

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Sayman Aruz, şair Söhrab Tahirin qızı Nəsibə Tahir, ədəbiyyatşünas-tərcüməçi Məsumə Şükürzadə çıxış edib və muğam ifaçılarının ifasında şairlərin sözlərinə mahnılar səslənib.

1945-ci ilin noyabrından başlamış, dekabrınadək İran Azərbaycanında kütləvi inqilab baş verib.

Buna da bax: 21 Azərin görünməz üzü – general izi...

Dekabrın 12-nə təsadüf etdiyindən, buna tarixdə «21 Azər» deyirlər.

Seyid Cəfər Pişəvərinin başçılığı ilə bu hərəkat birillik hökumət qura bilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG