Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 17:13

Yoxlama: ‘Dəmir yolunda artıq maaşlar verilib...'


Azərbaycan Dəmir Yolları işçiləri

“Azərbaycan Dəmir Yolları” QSC-də artıq əməkhaqqı ödənilməsinə yol verildiyi bildirilir.

Hesablama Palatasının “Azərbaycan Dəmir Yolları”nın Həkim-Sanitar Xidmətinə ayrılmış vəsaitlərin auditinin nəticələri haqda hesabatında belə yazılır.

Palata xəbər verir ki, audit 2014-2015-ci illər və 2016-cı ilin yanvar-iyun ayları üzrə ayrılmış ümumilikdə 21 milyon 243,1 min manat vəsaiti əhatə edib.

Buna da bax:​ Bakı dairəvi dəmiryolu yenilənir

Audit zamanı tibb müəssisələrində 1 çarpayı gününə sərf olunmuş faktiki xərcin proqnozlaşdırılmış məbləğindən çox olduğunun müəyyən edildiyi bildirilir.

Bundan başqa, Həkim-Sanitar Xidmətin tabeliyində olan tibb müəssisələrinin qeyri-dəmiryolçulara göstərilən pullu tibbi xidmət üzrə daxil olmalarda azalma yaranıb. Bəzi hallarda isə pullu tibbi xidmətdən gələn vəsaitlərin büdcədənkənar xəzinə hesabına köçürülmədiyi öyrənilib.

Buna da bax: Avropada böhran, bizdə inkişaf

Auditin 19 halda, artıq əmək haqqı ödənildiyini üzə çıxardığı açıqlanıb.

Dərmanların silinməsi, nəqliyyatda artıq yanacaq və ehtiyat hissələrinin istifadə edilməsi, vaxtından əvvəl inventarların uçotdan silinməsi hallarının da aşkarlandığı qeyd edilir.

Hesabatda təmir-tikinti işlərinin aparılmasında, satınalmalar zamanı da pozuntular aşkar edildiyi bildirilir.

Buna da bax:​ Ekspert: 'Yaşayış minimumu 500 manata qaldırılmalıdır'

Hesablama Palatası nöqsanlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsinə qərar verib.

Palatanın rəsmi saytında dərc edilən hesabata, hələlik, “Azərbaycan Dəmir Yolları” QSC-dən münasibət bildirilməyib.

XS
SM
MD
LG