Azərbaycan və Ukrayna gəmiçilik sahəsində birgə müəssisə yaradıb. Müəssisəni Xəzər Dəniz Gəmiçiliyi və Odessa Dəniz Mühəndisliyi Bürosu birgə təsis edib.
Bu haqda Xəzər Dəniz Gəmiçiliyinin məlumatında bildirilir.
Yeni müəssisənin yaradılması ilə bağlı saziş dekabrın 13-də imzalanıb.
Buna da bax: 3 gəmi istismara verilib
Sazişdə Xəzər Dəniz Mühəndislik Bürosunun yaradılması nəzərdə tutulur.
Yeni müəssisə müxtəlif təyinatlı gəmi layihələri hazırlayacaq, gəmilərin və üzən qurğuların təmirini həyata keçirəcək. Gəmiçilik sahəsində mütəxəssislərin hazırlanması, elmi-tədqiqat işlərinin aparılması da büronun əsas fəaliyyət istiqamətlərindən olacaq.
Buna da bax: Gəmiçiliyin xalis gəliri 2 dəfə artıb
Oktyabr, noyabr aylarında Bakı Gəmiqayırma Zavoduna Xəzər Dəniz Gəmiçiliyi və Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında 2 unikal Ro/Pax gəmi-bərə, 2 də tanker inşası sifariş verilib.