Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:07

Əliyev Netanyahu ilə görüşüb [yenilənib]


Benjamin Netanyahu və İlham Əliyev
Benjamin Netanyahu və İlham Əliyev

Dekabrın 13-ü Azərbaycan prezidenti İlham Əliyev İsrailin baş naziri Benjamin Netanyahu ilə təkbətək görüşüb.

Bu barədə president.az saytı xəbər yayıb.

Xəbərdə qeyd edilir ki, prezident İ.Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə baş nazir B.Netanyahu-nu və xanımı Sara Netanyahu-nu qarşılayıblar.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüş haqda, hələlik, əlavə bilgi verilmir.

İsrailin baş naziri B.Netanyahu dekabrın 13-də Azərbaycana gəlib. Bu görüşdən sonra iki ölkə arasında standartlaşdırma, ikiqat vergi və kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair razılaşma sənədlərinin imzalanacağı bildirilir.

*** Buna da bax: İranda Netanyahunun Bakı səfərindən narahatlıq var

B.Netanyahu Azərbaycan təhsil naziri Mikayıl Cabbarovla birlikdə «Or avner» yəhudi icmasının təhsil aldığı təhsil kompleksinə baş çəkməli və yerli yəhudi icmasının nümayəndələri ilə görüşməlidir.

Səfər bir gün davam edəcək. B.Netanyahu-nun Bakıdan Qazaxıstana yola düşəcəyi bildirir.

Səfər ərəfəsində, dekabrın 12-si Azərbaycan İslam Partiyasının bir neçə üzvü Azərbaycan Xarici İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar Azərbaycan-İsrail yaxınlaşmasına etiraz ediblər.

Buna da bax:​ Azərbaycanın dostu kimi tanınan Lieberman İsrailin müdafiə naziri oldu

4 saziş imzalanıb

Dekabrın 13-də Azərbaycan prezidenti İlham Əliyevin İsrail baş naziri Benjamin Netanyahu ilə təkbətək görüşü başa çatdıqdan sonra sənədlərinin imzalanması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, iki ölkə arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovla İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzalayıblar.

Buna da bax: Netanyahunun xanımı 11 saat sorğu-sual edildi

Eyni zamanda, kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında saziş də imzalanıb. Bu sənədi isə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzalayıblar.

Habelə, tərəflər arasında ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında da saziş imzalanıb. Bundan başqa, iki ölkə arasında Birgə Komissiyasının yaradılması haqqında da saziş bağlanıb. Bu sənədləri isə Azərbaycan tərəfdən vergilər naziri ilə xarici işlər naziri, İsrail Tərəfdən isə Zeev Elkin imzalayıb.

“Yəhudi icması Azərbaycan cəmiyyətinin fəal hissəsidir”

“Yəhudi icması Azərbaycan cəmiyyətinin çox fəal hissəsidir və ölkənin inkişafına çox böyük töhfələr verir. Bu, həqiqətən də ikitərəfli münasibətlərimizdə çox mühüm amildir”.

Buna da bax:​ Tehran 'dünya müharibəsi' xəbərdarlığı edir

Dekabrın 13-də Azərbaycana səfərə gələn İsrailin baş naziri Benjamin Netanyahu ilə görüş zamanı prezident İlham Əliyev belə deyib.

İ.Əliyev B.Netanyahunu Azərbaycanda görməsindən məmnun olduğunu vurğulayıb.

“Azərbaycan ilə İsrail arasında, Azərbaycan xalqı ilə yəhudi xalqı arasında möhkəm münasibətlər, yaxın dostluq var. Siz tolerantlıq, inklüzivlik ənənəsini qoruyub saxlamısınız”.

Bu sözləri isə B.Netanyahu deyib.

O qeyd edib ki, yəhudilər özlərini Azərbaycanda çox rahat hiss edirlər.

Buna da bax: 'Paşa Holdinq'in şirkəti 10 günə 2 milyon necə qazanır?

“Azərbaycanla bizim aramızda ortaq dəyərlər var. Azərbaycanda yaşayan minlərlə yəhudi xalqlarımız arasında körpü rolunu oynayır”, baş nazir qeyd edib.

Hərbi məsələlər əsas mövzu olub

Azərbaycan və İsrail arasında hərbi əməkdaşlıq B.Netanyahu və prezident İlham Əliyev arasındakı görüşdə mühüm mövzulardan biri olub. Bu haqda “Turan” Agentliyi xəbər verir.

Buna da bax:​ Ukraynaya kiberhücumlar: Gözlər Rusiyanı axtarır...

Xəbərdə qeyd edilir ki, yekun mətbuat konfransında Əliyev İsraildən 4,85 milyard dollar məbləğində silah alınmasını nailiyyət kimi qeyd edib. Müqavilələrin böyük hissəsinin hələ irəlidə olduğunu deyən İ. Əliyev bunun hədd olmadığını söyləyib.

Xəbərdə bildirilir ki, Bakı İsrailin “Dəmir günbəz” RƏM sistemi ilə maraqlanır. Taktiki RƏM sistemi qarşı tərəfin raketlərinin tutulmasından ötrü nəzərdə tutulub. Raket hücumlarından təxminən 90 faizə qədər müdafiəni təmin edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG