Keçid linkləri

Təcili xəbərlər
2021, 17 İyun, Cümə axşamı, Bakı vaxtı 07:34

Xərclərin yarısı yeməyə, siqaretə və içkiyə gedib


Supermarket

2016-cı ilin yanvar-noyabr aylarında istehlakçılara 26.3 milyard manatlıq məhsul satılıb. Bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1.7 faiz çoxdur. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri 2.6 faiz artıb.

DSK bildirir, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49.7 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşür. Toxuculuq məhsullarına 18, geyim və ayaqqabılara 6.6 faiz gedib. Elektrik malları və mebellərə isə 5.7 faiz xərclənib. Bundan başqa, avtomobil yanacağına 1.5, iynə-dərmana 0.8, kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına 17.7 faiz pul sərf olunub.

Ötən il Azərbaycanda iki dəfə devalvasiya baş verib. Nəticədə manat dollara nisbətən iki dəfə dəyər itirib. Bu ilin əvvəlində 1 dollar 1 manat 55 qəpik olub. Hazırda isə 1 dollar rəsmən 1 manat 74 qəpiyə bərabərdir.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG