Keçid linkləri

Təcili xəbərlər
2021, 10 May, Bazar ertəsi, Bakı vaxtı 23:46

11 ayda yolda 695 nəfər həlak olub


Foto illüstrasiya

2016-ci ilin 11 ayı ərzində respublika ərazisində 1848 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 695 nəfər həlak olub, 1887 nəfər yaralanıb.

Xəbəri Respublika Baş Dövlət Yol Polis İdarəsi yayıb.

Bakı şəhəri ərazisində 621 yol-nəqliyyat hadisəsi baş verib. Bunların nəticəsində 170 nəfər həlak olub, 640 nəfər yaralanıb.

Yol-nəqliyyat hadisələrinin 43 faizini (795) piyadaların vurulması təşkil edib. Bu zaman 283 piyada həlak olub, 591-i yaralanıb.

Ölkə üzrə qeydə alınan yol-nəqliyyat hadisəsində 49 nəfər uşaq və yeniyetmə həlak olub, 181 nəfər yaralanıb.

XS
SM
MD
LG