Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 08:10

Trump dövlət katibinin adını açıqlayacaq


Rex Tillerson

Bu gün—dekabrın 13-də ABŞ-ın yeni dövlət katibinin adı açıqlanacaq.

Bunu Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trump Twitter səhifəsində elan edib. O, öz seçimi haqda danışmasa da, mətbuat dövlət katibi vəzifəsinə «Exxon Mobil» şirkətinin icraçı direktoru Rex Tillerson-un təyin olunacağını yazır.

D.Trump-ın müşaviri Kellyanne Conway jurnalistlərlə söhbətində deyib ki, R.Tillerson-un təcrübəsi, Rusiyada həyata keçirdiyi layihələr onun bu vəzifəyə əsas namizəd olmasına imkan verir.

Amma R.Tillerson-un Rusiya ilə bağları onsuz da ciddi fikir ayrılığı olan Senatda narahatlıq yarada bilər. Senatın Silahlı Qüvvələr Komitəsinin rəhbəri John McCain «Reuters» agentliyinə müsahibəsində bu məsələnin onu artıq narahat etdiyini söyləyib. «Hamı bilir ki, onun (R.Tillerson-un) Vladimir Putin-lə yaxın münasibətləri var». McCain V.Putin-i Rusiya imperiyasını bərpa etməyə çalışan «KGB agenti» adlandırıb.

Digər senator Charles Schumer isə R.Tillerson-un V.Putin-lə yaxınlığının hər şeydə önə sürüləcəyini söyləyib.

XS
SM
MD
LG