Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 08:22

Müalicə müəssisəsində məhkum ölüb


Həbsxana

Azərbaycanda daha bir məhkum vəfat edib.

APA-nın xəbərinə görə, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan 49 yaşlı Ceyran Rüstəmova vəfat edib.

C.Rüstəmova sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O, 2014-cü ildə dələduzluqda təqsirləndirilərək həbs edilib.

Məlumata görə, C.Rüstəmova həbs edilən zaman onkoloji xəstə olub.

C.Rüstəmova 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyi ləğv olunandan sonra mətbuata müraciət edərək, bu nazirliyin əməkdaşlarının şantajına məruz qaldığını bildirib.

O, 100 min manat pulunun əlindən alındığını deyirdi.

Bu il dekabrın əvvəllərində Penitensiar Xidmətin Müalicə Müəssisəsində daha 4 məhkum vəfat etmişdi.

Penitensiar Xidmət, hələlik, bu ölümlərin səbəbləri ilə bağlı açıqlama yaymayıb.

Multimedia

XS
SM
MD
LG