Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 08:24

Rusiyada daha bir polis polkovniki rüşvətə görə həbs edilib


Foto arxiv

İnterfaks agentliyinin məlumatına görə, Rusiya Daxili işlər nazirliyi Baş daxili təhlükəsizlik idarəsinin Peterburq və Leninqrad vilayəti üzrə şöbə rəisi Yuri Timçenko milyonyarım dollar məbləğində rüşvət alarkən yaxalanıb.

Polkovnik Federal təhlükəsizlik xidmətinin dekabrın 8-də keçirdiyi əməliyyat zamanı saxlanıb.

Məlumata görə, Timçenko ilə yanaşı onun tabeçiliyində olan 1 nəfər də həbs edilib.

Məlumat hələ ki, rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

Qeyd edək ki, dekabrın 8-də Sankt-Peterburqda daha bir yüksək səlahiyyətli polis podpolkovniki Frolov da rüşvət alarkən həbs edilib.

İşlə bağlı hazırda istintaq gedir.

XS
SM
MD
LG