Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 22:19

Cənubi Koreya parlamenti prezidentin hakimiyyətdən getməsinə səs verdi


Park Geun-hye

Cənubi Koreya parlamenti prezident Park Geun-hye-nin (Pak Kın He) hakimiyyətdən uzaqlaşdırılmasına səs verib.

234 deputat impicmentin lehinə səs verib ki, bunun üçün 200 səs lazım idi.

56 deputat impicmentin əleyhinə səs verib, 2 nəfərsə bitərəf qalıb.

İndi ölkənin konstitusiya məhkəməsi yarım il ərzində prezidentin hakimiyyətdən uzaqlaşdırılması məsələsinə baxacaq.

Prezidentin nüfuzu oktyabrın sonlarından xalq arasında düşməyə başlayıb.

Buna səbəb, prezidentin yaxın rəfiqəsi Tsoy Sun Sil-in dövlət siyasətinə təsir etməsi barədə yerli KİV-lərdə yayılan məlumat olub.

Məlumatlara görə, ölkənin müxtəlif korporasiyalarıTsoy Sun Sil-in nəzarətində olan fonda milyonlarla dollar köçürüblər.

O, hazırda sui-istifadə ittihamı ilə həbsdədir.

Həmçinin prezidentin bir neçə keçmiş köməkçisi səlahiyyətlərini aşma ittihamı ilə həbs olunublar.

Pak Kın He buna görə üzr istəsə də hakimiyyətədn getmək istəmir.

Noyabrdan ölkədə prezidentin istefası tələbilə kütləvi nümayişlər keçirilir.

XS
SM
MD
LG