Keçid linkləri

Təcili xəbərlər
2021, 17 May, Bazar ertəsi, Bakı vaxtı 15:08

Atəşkəslə bağlı 9 dekabr açıqlaması


Qarabağda erməni əsgər

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəsi ümumilikdə 41 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Berd rayonundan Tovuz rayonunun Ağdam və Koxanəbi kəndləri atəşə tutulub.

Nazirliyin bildirməsinə görə, işğal altındakı Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino və Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.

Bundan başqa, Goranboy və Tərtər rayonları istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə zərbələr endirildiyi bildirilir.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir. Üstəlik, son günlər cəbhədə iri silahların da işə düşdüyü açıqlanır.

Bu üzdən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri dekabrın 8-i birgə bəyanat yayaraq, cəbhədə ağır silahlardan istifadədən və güc tətbiqi barədə yayılan məlumatlardan narahatlıqlarını ifadə ediblər.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

XS
SM
MD
LG