Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 16:10

Goranboyda pambıq tayaları yanıb


Pambıq tayası

Dekabrın 7-si Goranboydakı pambıq qəbulu məntəqəsində yanğın olduğu bildirilir.

APA xəbər verir ki, məntəqədə toplanan və hər biri təxminən 300 ton olan 4 pambıq tayası alışıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon Yanğından Mühafizə hissəsinin 6 yanğınsöndürən avtomobilinin və xeyli canlı qüvvəsinin cəlb olunduğu bildirilir.

Nəticədə yanğın söndürülüb.

Buna da bax:​ Ötənilkindən 70% çox – 38,8 min ton pambıq yığılıb

Hadisənin başvermə səbəbləri araşdırılır. Dəymiş zərərin məbləği, hələ, bəlli deyil.

Dövlət Statistika Komitəsinin bilgilərinə görə. dekabrın 5-dək Goranboyda cəmi 3 min 490 ton pambıq toplanıb.

Bu il ölkədə pambıq yığımına müəllimlər, həkimlər, mədəniyyət işçiləri və ASAN Xidmət əməkdaşları da cəlb edilib.

Buna da bax: Pambıq yığmaqdan imtina edəni döydülər

Müstəqil hüquqşünaslar büdcə təşkilatında çalışanların pambıq yığımına cəlb edilməsini qanunsuz sayırlar. Bəzi siyasi təhlilçilər isə bunu SSRİ dövrünə qayıdış kimi dəyərləndirirlər.

Rayon icra hakimiyyətlərindən isə bildiriblər ki, heç kim pambıq yığımına məcburi aparılmır.

XS
SM
MD
LG