Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 13:29

Pakistandan 5 illik iqtisadi əməkdaşlıq planı


Khurram Dastgir Khan

Dekabrın 5-də Bakıda Azərbaycan-Pakistan işgüzar görüşü keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, 2017-ci il yanvarın sonunda Azərbaycan ixrac missiyasının Pakistana səfəri planlaşdırılır.

«Biz Pakistan şirkətləri üçün ölkəmizdə hər cür şərait yaratmağa hazırıq», - deyə nazir qeyd edib.

Pakistan İslam Respublikasının ticarət naziri Khurram Dastgir Khan isə qeyd edib ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsi mövcud potensialdan qat-qat aşağıdır. «Biz toxuculuq, əczaçılıq, kənd təsərrüfatı sahələrində birgə müəssisələr yarada bilərik», - deyə pakistanlı nazir bildirib.

APA-nın xəbərinə görə, nazir həmçinin deyib ki, Pakistan Çinlə birgə iqtisadi dəhliz yaradır və layihənin ümumi dəyəri 46 milyard dollar təşkil edir: «Burada qaz terminalları, limanlar fəaliyyət göstərir. Biz Azərbaycan şirkətlərini bu layihənin həyata keçirilməsində iştiraka dəvət edirik».

D.Khan bildirib ki, Pakistan Azərbaycana 5 illik iqtisadi əməkdaşlıq planı təqdim edib: «Ümid edirəm ki, prezident İlham Əliyevin Pakistana səfərindən əvvəl biz bu sənədi imzalayacağıq».

XS
SM
MD
LG