Keçid linkləri

2017, 16 Avqust, çərşənbə, Bakı vaxtı 21:37

Dekabrın 3-ü Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ancaq gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin açıqlamasına görə, yarımadada gecə 3-6, gündüz 8-12, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına da yağış yağacağı bildirilir. Yağıntının bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimal edilir. Gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG