Keçid linkləri

2017, 20 Fevral, Bazar ertəsi, Bakı vaxtı 07:54

Əfqanıstanın qərb qoşunlarının baş komandanı Mohayedin Ghori-nin vertolyotu qəzaya uğrayıb, general həlak olub, bir neçə digər dövlət rəsmisi yaralanıb. Əfqanıstanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qəzaya səbəb texniki nasazlıqdır, terror hücumundan söhbət getmir.

Amma «Taliban» elə həmin gün—noyabrın 29-da bəyanat yayaraq, hadisəyə görə məsuliyyəti öz boynuna götürüb. Talibançılar generalın vertolyotunu atəşə tutaraq yerə saldıqlarını bildiriblər.

M.Ghori Türkmənistanla sərhəd yaxınlığındakı hərbi bazadan qayıdırmış. Həmin baza talibançıların və digər yaraqlıların fəal olduğu ərazilərə yaxındır.

Günün bütün mövzuları

XS
SM
MD
LG