Noyabrın 29-u Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 4-6, gündüz 10-14, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacaq.
Ölkənin rayonlarında da ciddi yağıntı gözlənilmir. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 8-13 dərəcə isti təxmin edilir.
Ötən həftə Azərbaycanda bəzi gecələr dağlıq ərazidə 16 dərəcə şaxta qeydə alınmışdı.