Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 15:51

P.Poroshenko D.Trump-la söhbətindən danışdı


P.Poroshenko

Ukrayna prezidenti Petro Poroshenko Birləşmiş Ştatların onlara bundan sonra da arxa olacağına əminliyini bildirib. O, yeni seçilmiş ABŞ prezidenti Donald Trump-la telefon söhbətindən sonra buna inandığını deyib.

Dünən—noyabrın 24-də AB-Ukrayna sammitində çıxışında P.Poroshenko ABŞ Konqresində hər iki partiya arasında möhkəm dayağa malik olduqlarını, Birləşmiş Ştatların Ukrayna siyasətində dəyişiklik gözləmədiklərini söyləyib.

D.Trump seçki kampaniyası zamanı Kremllə barışığa meylli olduğuna, hətta Krımın Rusiyaya ilhaqını qəbul edə biləcəyinə eyham vurmuşdu.

P.Poroshenko deyib ki, D.Trump-la telefon söhbətində Rusiyanın Ukraynaya təcavüzü və Krımın Rusiyaya qanunsuz ilhaqından danışıblar. O, yeni ABŞ prezidentini ölkədə, eləcə də Krımda baş verənlər haqda ətraflı məlumatlandırıb.

XS
SM
MD
LG