Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:34

Manat nə qədər düşə bilər? - 2,40?


arxiv
arxiv

Azərbaycan Mərkəzi Bankı dolların 25 noyabr tarixinə olan məzənnəsini açıqlayıb - 1,7196 AZN/USD. Noybarın 24-dərəsmi məzənnə 1,7146 AZN/USD idi.

Dollar təkcə Azərbaycanda bahalanmır. Rusiyada Моskva birjasında dollar son 1 gündə rubla nisbətdə 1 faiz bahalanıb. Hazırda 1 dollar 64,41 rubldur.

ABŞ-da da dollar bahalanır. 6 əsas valyutadan ( avro, funt sterlinq, yapon yeni, Kanada dolları, İsveçrə frankı, İsveç kronu) ibarət səbətə nisbətdə dolların məzənnəsini müəyyən edən Dollar İndeksi – US Dollar İndex son 13 ildə rekord səviyyəyə qalxıb.

Dolların bahalanmağının səbəbi ABŞ iqtisadiyyatı üzrə yeni statistik göstəricilərin yaxşı olması və yeni ABŞ prezidenti Donald Trumpın iqtisadi planlarıdır.

Gəliri neftin qiymətindən asılı olan Azərbaycan, Rusiya kimi ölkələrdə yerli vayutanı zəiflədən təkcə dolların bütün dünyada güclənməyi deyil, həm də neftin qiymətinin düşə biləcəyi ehtimallarıdır.

MB SƏDRİ BİRDƏN-BİRƏ 25 DOLLAR QİYMƏTİNDƏN DANIŞIR

Noyabrın 24-də Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina deyib ki, “neftin qiymətinin 25 dollara düşməsi fəlakət olmayacaq.”

Burda əsas odur ki, Nabiullina birdən-birə 25 dollar senarisinin adını çəkib.Xatırladaq ki, Trumpın neft istehsalı planlarına görə, neftin barrelinin 25 dollara düşə biləcəyini ehtimal edənlər var.

NEFT 25 DOLLAR OLSA... MANAT NEÇƏ OLACAQ?

Neft 25 dollara düşsə, neft ölkələrinin valyutalarının məzənnəsi neçə olacaq?Rusiyada indidən bunu ən yüksək səviyyədə fəal şəkildə hesablayırlar. Elə bu hesablamaların əsasında təxmini bilmək olar ki, manat harayacan düşə bilər. Çünki neft düşəndə manat rublla təxminən eyni dəyişəcək. Əks halda, rubl düşsə, manatı isə zorla saxlamaq istəsələr, onda bir il əvvəlki kimi dollar yenə Azərbaycandan Rusiyaya axacaq.

Neft 25 dollara düşsə, rubl nə qədər düşəcək?

Lenta.ru-nun məlumatına görə Moskvadakı Zerich Capital Managment şirkətinin investisiya analizi idarəsinin direktor müavini Andrey Vernikov hesablayıb ki, bu halda 1 dollar 120 rublacan qalxacaq. Hazırda 1 dollar 64 rubldur.

Manat rublla eyni dəyişsə, bu o deməkdir ki, neft 25 dollara düşəndə 1 dollar 3 manat 19 qəpiyəcən qalxacaq.

Moskvadakı Alfa Bankın baş iqtisadçısı Nataliya Orlovanın hesablaması bir qədər yumşaqdır.O deyir ki, neft 25 dollara düşsə, 1 dollar 80-85 rubl olacaq.

Ancaq o əlavə edir ki, neft 25 dollar qiymətində çox qalsa, onda məzənnə 1 dollar 90 rublacan dəyişə bilər.

Bu hesabla, manat da 1 dollar = 2 manat 40 qəpik səviyyəsinə düşəcək.

Bunlar neftin qiymətinin 25 dollaracan düşməsi senarisində manatın məzənnəsinin necə olacağı ehtimallarıdır.

Bəs neft kəskin düşməsə və ya neft amili nəzərə alınmasa?

Bu halda da dollar digər valyutalara qarşı güclənməkdə davam edəcək. Bloomberg valyuta alıb-satan treyderlər arasında sorğu keçirib. Rəyi soruşulanların 43 faizi deyib ki, 2017-ci ildə 1 dollar 1 avroya bərabər olacaq. Noyabrın 24-də 1 avro 1,05 dollardır.

Deutsche Bankın Londondakı bölməsinin təhlilçisi George Saravelos müştərilər üçün hesabatında yazır ki, “Trumpın qələbəsi hər şeyi dəyişdi”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG