Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 11:42

E.Məmmədyarov polşalı həmkarının müavini qəbul edib


Elmar Məmmədyarov

Noyabrın 24-də xarici işlər naziri Elmar Məmmədyarov Polşa xarici işlər nazirinin müavini Marek Julkovskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə xarici işlər nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Danışıqlar zamanı ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunub.

M.Julkovski Polşaya dəvət məktubunu E. Məmmədyarova təqdim edib.

Tərəflər Azərbaycanın iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, xüsusən “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

XS
SM
MD
LG