Keçid linkləri

2017, 26 May, Cümə, Bakı vaxtı 04:12

Gülnarə Kərimovanın oğlu anasının ölmədiyini deyir


Gülnarə Kərimova

Keçmiş Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın ölümü barədə məlumatlar şayədir.

Bunu Gülnarənin 23 yaşlı oğlu, İslam Kərimov deyib.

İslam hazırda Londonda yaşayır.

Onun sözlərinə görə, anası sağdır, amma hələ də ev dustaqlığındadır.

İslam Kərimov bunu AzadlıqRadiosunun Özbəkistan xidmətinə müsahibəsində deyib.

Onun sözlərinə görə, amma bacısı İman Kərimova av dustaqlığından azad edilib, amma ölkədən çıxmasına qadağa qoyulub.

KİV-lər bundan əvvəl Daşkəntdəki mənəbələ istinadla Gülnarə Kərimovanın ölümü barədə məlumat yaymışdılar.

Məlumatlara görə, onu zəhərləyərək gizlicə dəfn ediblər.

Tvitterdə “Gülnarəni göstərin” adlı hesab peyda olub. Jurnalistlər və beynəlxalq ictimaiyyətin nümayəndələri orda Gülnarənin ölümünə sübut və ya onun ictimaiyyətdə göstərilməsini tələb edirlər.

Gülnarə Kərimova 2014-cü ilin fevralından ev dustağıdır.

İsveçrədə yaşadığı dövrdə bir sıra iri beynəlxalq şirkətlərlə korrupsiya qalmaqalında adı hallanırdı.

Bu qalmaqaldan sonra o, Özbəkistana verilib və atasının prezidentliyi dövründən ev dustağına çevirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG