Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 17:41

Noyabrın 22-si Bakı və Abşeron yarımadasında yağış yağacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, yağıntının bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimal edilir.

Yarımadada gecə 0-2, gündüz 2-5, Bakıda gecə 0-2, gündüz 2-4 dərəcə isti təxmin edilir.

Noyabrın 22-si Azərbaycanın rayonlarına da yağış, bəzi yerlərə sulu qar, qar yağacağı bildirilir. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı açıqlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG