Keçid linkləri

Təcili xəbərlər
2021, 06 May, Cümə axşamı, Bakı vaxtı 06:52

İqtisadiyyata investisiya niyə azalır?


arxiv

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 26% azalıb

Hökumət xeyli vaxtdır ölkəyə investisiya cəlb etməyə çalışır. Ölkə prezidenti bununla bağlı dəfələrlə çağırışlar edib.

Bəs investisiya niyə azalır? İnvestisiyaların cəlbinə nə mane olur? Nə çatışmır?

Xarici investorların məhkəmə işlərinə baxılması üçün iqtisadi məsələlər üzrə xüsusu məhkəmənin yaradılması da təklif edilir. Görünür, mövcud məhkəmə sistemi investisiya cəlbi üçün yarıtmazdır. Belə təklif isə ABŞ-ın Azərbaycandakı Ticarət Palatasından gəlib.

Xarici investorların məhkəmə işlərinə baxılması üçün iqtisadi məsələlər üzrə xüsusu məhkəmənin yaradılması təklifinə münasibət bildirən hüquqşünas Aslan İsmayılov deyir ki, bu Avropa insan haqqları konvensiyasının pozulmasıdır.

Aslan İsmayılov
Aslan İsmayılov

Hüquqşünas deyir ki, hansısa yeni qurum yaratmaqla ölkəyə investor cəlb etmək mümkün deyil. Aslan İsmayılovun sözlərinə görə bu sahədə dəyişikliyin baş tutması üçün ilk növbədə idarəetmə sistemi dəyişməlidir, qanunun aliliyi, məhkəmə müstəqilliyi təmin olunmalıdır.

Aslan İsmayılov: "hansısa yeni qurum yaratmaqla ölkəyə investor cəlb etmək mümkün deyil"
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00
Direct-ə keçid

Azərbaycanda vaxtı ilə işləmiş iş adamı, Barmek şirkətinin keçmiş rəhbəri Hüseyn Arabul isə deyir ki, Azərbaycana investor cəlb etmək üçün qanunvericiliyə əməl olunmalıdır.

Huseyn Arabul Bakıda məhkəmədə 19 Mart 2007
Huseyn Arabul Bakıda məhkəmədə 19 Mart 2007

İş adamının sözlərinə görə bünün üçün Azərbaycanda hər cür şərait o cümlədən qanunvericlik var. Amma bu qanunlar sadəcə kağız üzərindədir.

Hüseyn Arabul deyir ki, Azərbaycanda işlədiyi zaman ona açıq-aşkar deyirlərmiş ki, yuxarılarla danış, işini həll et.

Hüseyn Arabul: "qanunlar var, ancaq kağız üzərindədir"
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00
Direct-ə keçid

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə Azərbaycana investor cəlb etmək üçün ölkədə normal gömrük və vergi siyasəti olmalıdır.

Natiq Cəfərli
Natiq Cəfərli

O cümlədən də müstəqil məhkəmələr mövcud olmalıdır. Bunların isə heç biri Azərbaycanda yoxdur.

Ekspert təklif edir ki, yeni məhkəmə yaratmaqdansa ümumi məhkəmə islahatı aparmaq daha məqsədəuyğun olar.

Natiq Cəfərli: "normal gömrük və vergi siyasəti olmalıdır"
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00
Direct-ə keçid

Keçmiş Maliyyə naziri Fikrət Yusifov isə Azərbaycan iqtisadiyyatına ötən ilin müvafiq dövrünə nisbətən qoyulan investisiyanın azalmasına dair yayılan xəbərlərlə razılaşmadığını bildirir.

Fikrət Yusifov
Fikrət Yusifov

Onun sözlərinə görə, son bir ildə ölkədə investisiya cəlbi ilə bağlı bütün addımlar atılıb.

Keçmiş maliyyə naziri Fikrət Yusifov investisiyaların azalması xəbərlərilə razılaşmır
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00
Direct-ə keçid

XS
SM
MD
LG