Keçid linkləri

2017, 23 May, çərşənbə axşamı, Bakı vaxtı 07:39

Avropa Birliyi (AB) Azərbaycanın kənd təsərrüfatı məhsullarının tədarükünə yardım edəcək.

Bunu AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O, noyabrın 16-da Bakıda keçirilən «Azərbaycanda infrastruktur, elektrik enerjisi və bərpa olunan enerji mənbələrinə investisiyalar» konfransında çıxış edib.

M.Mard-ın bildirməsinə görə, Azərbaycanın idxal etdiyi məhsulların yarıdan çoxu Avropa ölkələrinin payına düşür.

«Bu yaxınlarda Yevlaxda olmuşam. Kənd təsərrüfatının inkişafına necə diqqət verildiyini görmüşəm. Biz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropaya tədarükü məsələsini inkişaf etdirəcəyik», - deyə o bildirib.

M.Mard Azərbaycanın iştirakçı olduğu beynəlxalq layihələrin əhəmiyyətini də qeyd edib. «Azərbaycan «Cənub Qaz Dəhlizi» layihəsinin realizəsi yolu ilə bizə enerji təhlükəsizliyini təmin etməyə imkan verir. Bu, bizim üçün çox vacib layihədir», - o, bildirib.

«Cənub Qaz Dəhlizi» layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG