Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 19:59

Azərbaycan-Rusiya sərhədi, Qusar rayonunda yerləşən «Samur» gömrük buraxılış məntəqəsində tıxac yarandığı bildirilir.

«Report» xəbəri Xaçmaz rayon Gömrük İdarəsinin «Samur» buraxılış məntəqəsinin rəis müavini Cavid Nadirova istinadən yayıb.

C.Nadirovun bildirməsinə görə, Rusiya Federasiyasına keçmək istəyən yük maşınlarının qonşu ölkənin gömrük məntəqəsindən buraxılmaması Azərbaycan tərəfdə sıxlıq yaradıb: «Sıxlıq əsasən mövsümlə bağlıdır. Ötən gün Rusiya tərəfinə 150 yük maşını yola salınıb. Hazırda «Samur» gömrük buraxılış məntəqəsinin qarşısında Rusiya tərəfinə keçmək üçün növbə gözləyən TIR-ların sayı 200-ə çatıb».

C.Nadirov qeyd edib ki, buraxılış məntəqəsində yaranan sıxlıqla bağlı Rusiya gömrükçüləri ilə danışıqlar aparılır: «Bu gün (noyabrın 11-də) Azərbaycan və Rusiya gömrükçülərinin görüşü baş tutacaq. Danışıqlar aparılıb, problemi aradan qaldırılacaq».

XS
SM
MD
LG