Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:04

Mühəndislik Universiteti yaradılır


İlham Əliyev sənəd imzalayır

Azərbaycanda Bakı Mühəndislik Universiteti yaradılacaq.

Prezident İlham Əliyev noyabrın 8-də bununla bağlı sərəncam imzalayıb.

Universitet Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək.

Müəssisədə ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığı nəzərdə tutulur. Bu sahədə fundamental və tətbiqi elmi tədqiqatlar aparılmalıdır.

Nazirlər Kabineti iki ay müddətində universitetin yaradılması ilə bağlı zəruri tədbirləri həyata keçirməlidir.

XS
SM
MD
LG