Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 06:18

Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Wencai Zhang-ın noyabrın 14-də Azərbaycana səfəri planlaşdırılır. «Report»un xəbərinə görə, ADB rəsmisinin səfəri iki gün davam edəcək.

Səfər zamanı W.Zhang-ın Azərbaycan hökumətinin rəsmiləri ilə görüşü nəzərdə tutulur. Görüşlərdə Azərbaycan ilə ADB arasında əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi gözlənilir.

W.Zhang sonuncu dəfə Azərbaycana 2015-ci ilin mayında ADB-nin Direktorlar Şurasının Bakıda keçirilən 48-ci İllik Toplantısında iştirak etməkdən ötrü gəlmişdi.

XS
SM
MD
LG