İxracın təşviqi məqsədilə Azərbaycanın bir sıra ölkələrdəki diplomatik korpusların tərkibində ticarət-iqtisadi nümayəndələri fəaliyyət göstərəcək.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu prosesə öncə Azərbaycan şirkətlərinin daha çox maraq göstərdikləri, böyük idxal potensialı olan ölkələrdən başlanacaq:
«İlk növbədə Rusiya, Çin və Birləşmiş Ərəb Əmirliklərindəki səfirliklərdə ticarət-iqtisadi nümayəndələr təyin olunacaq. Ticarət-iqtisadi nümayəndələrə Azərbaycanın həmin ölkələrdəki səfirliyinin əməkdaşının malik olduğu status veriləcək».