Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 09:58

QMİ sədri İspaniyaya gedir


Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 7-də İspaniyaya gedəcək.

QMİ-nin yaydığı xəbərə görə, səfər İspaniyanın Mursiya Katolik Universitetinin dəvəti əsasında həyata keçirilir.

QMİ sədri noyabrın 8-dən 10-a kimi Madrid və Mursiyada keçiriləcək «Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi» mövzusunda konfranslarda iştirak etməlidir.

İspaniya Krallığı Ədliyyə Nazirliyinin dəstəyi ilə baş tutan bu tədbirlərdə Valensiya Arxiyepiskopu kardinal Antonio Cañizares və digər yüksəksəviyyəli dövlət, hökumət nümayəndələri, din xadimlərinin iştirakı gözlənilir.

XS
SM
MD
LG