Keçid linkləri

Təcili xəbərlər
2021, 21 İyun, Bazar ertəsi, Bakı vaxtı 01:08

S.Shoigu günahı NATO-da görür


Sergei Shoigu

Rusiya qərb sərhədlərindəki qüvvələrinin sayını NATO-nun Avropada güclənməsinə cavab olaraq çoxaldır. Bunu Rusiyanın müdafiə naziri Sergei Shoigu Minskdə Belarus hərbçiləriylə görüşündə deyib.

Shoigu bildirib ki, hazırda ABŞ, eləcə də digər NATO ölkələri öz hücum potensiallarını artırmaqla məşğuldurlar. Ona görə də Rusiya və onun müttəfiqi Belarus müdafiəsini gücləndirməlidir. «NATO-nun fəaliyyəti strateji stabilliyi təhlükə altında qoyduğundan Rusiya müdafiə xarakterli əks-tədbirlər görmək məcburiyyətindədir», - S.Shoigu belə deyib.

NATO isə Rusiyanın hərbi potensialının artmasına cavab olaraq Baltikyanı ölkələrə 4 min əsgər göndərməyi planladığını bildirib.

Rusiyanın müdafiə naziri hərbi qüvvələrlə bağlı rəqəm deməyib. Əvvəlki məlumatlara görə, Rusiya qərb sərhədlərindəki əsgərlərinin sayını 30 minə qaldırmaq niyyətindədir.

XS
SM
MD
LG