NATO-nun «Qətiyyətli Dəstək» qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 50 nəfərdən ibarət qrupu plana uyğun, rotasiya qaydasında Bakıya qayıdıb.
Xəbəri Müdafiə Nazirliyi yayıb.
NATO «Qətiyyətli Dəstək» qeyri-döyüş missiyasını Əfqanıstanda 2015-ci ilin yanvar ayından həyata keçirir.
Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
Hazırda Azərbaycan ordusunun 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.