Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:34

'Bölgəyə gəlmək istəyən investor bizi deyil, Gürcüstanı seçəcək'


Foto illüstrasiya
Foto illüstrasiya

Dünya Bankı Qrupunun hazırladığı «Doing Business 2017» reytinqində Azərbaycan 4 pillə geriləyib. Oktyabrın 25-də açıqlanan sənədə görə, Azərbaycan 190 ölkə arasında 65-ci yerdə qərarlaşır. Keçən il isə Azərbaycan 61-ci yeri tutmuşdu.

Azərbaycanın ən yaxşı göstəricisi «müəssisələrin qeydiyyatı» indikatorudur, ən pis göstərici isə «tikintiyə icazə» indikatorudur – 127-ci yerdəyik. «Kreditə çıxış imkanları» indikatorunda isə Azərbaycan 118-ci yeri tutub. 10 indikator üzrə qiymətləndirmə olub, bunun 7-də keçən ilə nisbətən geriləmə baş verib, 1 indikator dəyişməyib, 2-sində isə azacıq yaxşılaşma var.

35 ÖLKƏDƏN BİRİ

Dünya Bankının açıqladığı məlumatda qeyd edilir ki, Azərbaycan 2015-2016-cı illərdə qiymətləndirilən 10-dan artıq istiqamət üzrə üç və ya daha çox sahədə islahatları reallaşdıran 35 ölkə arasındadır. Bu da işgüzar fəaliyyətin asanlaşdırılmasına xidmət edib. Ölkə 3 göstərici üzrə irəliləyib: elektrik təchizatı sisteminə qoşulma, xarici ticarət və vergilərin ödənilməsi.

Konkret olaraq, Azərbaycan elektrik enerjisi şəbəkəsinə qoşulma prosesini asanlaşdıran elektron qoşulma xəritəsini tətbiq edib: «Hazırda sahibkar üçün şəbəkəyə qoşulma 2015-ci ildəki 77 günlə müqayisədə 69 gün tələb edir».

Məlumatda deyilir ki, Azərbaycan həmçinin ixrac və idxal bəyannamələrinin təqdim olunması üzrə elektron sistemin tətbiqinə başlamaqla sərhədlərarası ticarəti asanlaşdırıb. Nəhayət, Azərbaycan əhali üçün nəqliyyat vasitələrinə vergini ləğv etməklə vergilərin ödənilməsini asanlaşdırıb», –hesabatda bildirilir.

Dollar
Dollar

Regionun dörd iqtisadiyyatı: Qazaxıstan, Belarus, Serbiya və Gürcüstan gerçəkləşdirdiyi islahatlara əsasən, bu ilin 10 ən qabaqcıl təkmilləşdiricisi arasında yer alır. Ardıcıl olaraq, ikinci ildir ki, Qazaxıstan 7 biznes islahatı ilə dünyadakı islahatlar üzrə ön sıradadır. Regionda Gürcüstan və Belarus, uyğun olaraq, 5 və 4 islahatla Qazaxıstandan sonra gəlir. Misal üçün, Gürcüstan əsas korporativ qərarlarda səhmdarların hüquqlarını və rolunu artırmaqla və sahibkarlıq, nəzarət strukturlarını dəqiqləşdirməklə kiçik investorların müdafiəsini gücləndirib.

«İNVESTOR AZƏRBAYCANA NİYƏ YATIRIM ETMƏLİDİR Kİ?!»

İqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanın regiondakı yerinə diqqət çəkir: «Əgər ölkəmiz son 1 ildə 4 pillə geriləyibsə, bölgədə əsas rəqibimiz Gürcüstan bizdən 49 pilə qabaqdadırsa, hətta Qazaxıstan və Rusiya da bizi qabaqlayırsa, investor Azərbaycana niyə yatırım etməlidir ki?! Hələ burada məhkəmə və mülkiyyət toxunulmazlığı nəzərə alınmayıb, investorlar üçün bu iki önəmli sahə üzrə bizdəki durum bərbaddır. Bunu da nəzərə alsaq, üzərinə korrupsiyanı, inhisarçılığı da gəlsək, xarici investor Azərbaycana yatırım etməkdən həmən vaz keçir».

İqtisadçı əlavə edir ki, hökumət tez-tez ölkəyə milyardlarla xarici investisiya qoyulduğunu deyir, amma dəqiqləşdirmir ki, bu vəsaitin tamamına yaxını neft-qaz müqavilələrinə görə qoyulub: «O müqavilələr isə parlament tərəfindən təsdiqlənir, konstitusiyamızdan da üstün hüquqa malikdir. Yəni, o müqavilələrdə «oyun qaydaları» fərqlidir, bizimkilər istəsələr belə, o qaydaları poza bilməzlər».

«Bölgədə əsas rəqibimiz Gürcüstandır, o ölkəyə çatmasaq, bölgəyə gəlmək istəyən investor bizi deyil, Gürcüstanı seçəcək. Gürcüstana çatmağın yolu isə siyasi islahatlardan, idarəetmədə köklü dəyişikliklərdən, azad seçkilərdən keçir», - deyə iqtisadçı vurğulayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG