Sürüşmə və qaya parçasının düşməsi səbəbindən bağlanan Quba-Xınalıq yolunda hərəkətin bərpa edildiyi bildirilir.
APA-nın xəbərinə görə, «Azəravtoyol» ASC-nin 6 saylı idarəsinin əməkdaşları yolda hərəkəti bərpa ediblər.
+++
Quba-Xınalıq yolunda sürüşmə baş verib.
AZƏRTAC xəbər verir ki, yolun 23-cü kilometrliyində sürüşmə nəticəsində dağlardan qopan qaya parçaları və torpaq-lil qatı yolun hərəkət hissəsinə tökülüb. Bu səbəbdən Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Hazırda yolun təmizlənməsindən ötrü əraziyə «Azəravtoyol» ASC-nin 5 saylı idarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.