Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 21:39

Monteneqroda qərbyonlü partiya irəlidədir


Monteneqroda seçkilər.

İlkin, qeyri-rəsmi nəticələr Monteneqroda seçkidə qərbyönlü hakim partiyanın qələbə qazandığını göstərir.

Oktyabrın 16-da Monteneqroda parlament seçkisi keçirilib. Bu kiçik Balkan ölkəsində də Avropa və Rusiya tərəfdarları arasında mübarizə gedir. Səsvermədən əvvəl ölkədə xeyli gərginlik yaşanıb. Oktyabrın 15-də 20 nəfər seçki məntəqələrinə hücum hazırlamaqda günahlandırılaraq tutulub.

Səsvermənin ilkin nəticələrini «CeMI» adlı müstəqil monitorinq qrupu öz müşahidələrinə əsaslanaraq açıqlayıb. Qrupun verdiyi məlumata görə, səslərin 41%-ni hakim Sosialistlərin Demokrat Partiyası toplayıb. İki əsas müxalifət partiyalarından Demokratik Cəbhə Alyansı səslərin 20%-ni, «KLJUC» («Açar») Partiyası isə 11%-ni qazana bilib.

Seçkinin rəsmi nəticələri bu günlərdə dövlət televiziyası ilə elan olunmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG